Yüklənir...
Xəbərlərə qayıt

Suraxanı rayonunun şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq turniri keçiriləcək

11 sentyabr 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində kadetlər arasında kikboksinq turniri keçiriləcək.

Turnir Suraxanı rayonunun şəhidlərinin əziz xatirəsinə həsr olunub. Tədbirin əsas məqsədi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, onların qəhrəmanlıq irsini gənc nəsil arasında yaşatmaq, eləcə də yeniyetmələr arasında kikboksinq idman növünün inkişafına töhfə verməkdir.

Yarış gənc idmançıların təcrübə qazanmaları, öz bacarıqlarını nümayiş etdirmələri və sağlam rəqabət şəraitində mübarizə aparmaları üçün mühüm imkan yaradacaq.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.