Azərbaycan Kikboksinq Federasiyası üçün yeni rəqəmsal platforma istifadəyə verildi
Azərbaycan Kikboksinq Federasiyası rəqəmsal transformasiya istiqamətində növbəti mühüm addımını ataraq yenilənmiş rəsmi internet saytını ictimaiyyətin istifadəsinə təqdim edib. Yeni platforma federasiyanın fəaliyyətinin daha şəffaf, operativ və müasir formada idarə olunmasına, idman ictimaiyyətinə isə məlumatlara daha rahat çıxış imkanı yaratmağa xidmət edir.
Müasir dizayn və istifadəçi dostu interfeys əsasında hazırlanan sayt vasitəsilə federasiya haqqında məlumatlar, rəhbərlik, regional nümayəndəliklər, klublar, məşqçilər, idmançılar, xəbərlər, yarışlar və digər vacib bölmələr vahid platformada təqdim olunur. Bununla yanaşı, sayt mobil cihazlar üçün tam optimallaşdırılıb və müxtəlif ekran ölçülərində rahat istifadə imkanı yaradır.
Yeni rəqəmsal platformanın əsas məqsədi Azərbaycan kikboksinq ictimaiyyəti ilə daha səmərəli kommunikasiya qurmaq, federasiyanın fəaliyyətini rəqəmsal mühitdə daha əlçatan etmək və idmançılar, məşqçilər, hakimlər, klublar, media nümayəndələri və azarkeşlər üçün operativ informasiya mənbəyi formalaşdırmaqdır.
Platformada gələcək mərhələlərdə rəqəmsal xidmətlərin daha da genişləndirilməsi, elektron müraciət imkanlarının artırılması, yarışların idarə olunması və digər innovativ funksiyaların tətbiqi də nəzərdə tutulur.
Azərbaycan Kikboksinq Federasiyası rəqəmsallaşma strategiyası çərçivəsində idmanın inkişafına xidmət edən müasir texnoloji həllərin tətbiqini davam etdirəcək.